Həmid Şəhriyari: Bəzi dövlətlərin parçalama siyasəti ciddi problemlər doğurur

Xarici siyasət
  • 16 sentyabr, 2026
  • 10:39
Həmid Şəhriyari: Bəzi dövlətlərin parçalama siyasəti ciddi problemlər doğurur

Bəzi dövlətlərin parçalama siyasəti ciddi problemlər doğurur. Belə ki, bu, milli suverenliyin pozulmasına, sosial problemlərə, siyasi qeyri-sabitliyin və münaqişələrin yaranmasına səbəb ola bilər.

"Report"un Ağdama ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Həmid Şəhriyari Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransla əlaqədar tədbirdə deyib.

O bildirib ki, dövlətlərin məqsədyönlü şəkildə parçalanması yalnız onların ərazi bütövlüyü və torpaqlarının toxunulmazlığı üçün təhlükə yaratmır:

"Parçalanma siyasəti həm də xalqların sülh, sabitlik, müstəqillik və davamlı inkişaf kimi qanuni hüquqlarına toxunur. Biz regionda və dünyada sülhün, sabitliyin tərəfdarı olmalıyıq. Ümid edirik ki, tezliklə Cənubi Qafqazda da davamlı sülh əldə ediləcək".

44 - Tezliklə