Hamburqda Azərbaycan Ordusuna dəstək məqsədilə mitinq keçirilib

Xarici siyasət
  • 11 oktyabr, 2020
  • 11:12
Hamburqda Azərbaycan Ordusuna dəstək məqsədilə mitinq keçirilib

Almaniyanın Hamburq şəhərində yaşayan 500-ə yaxın soydaşımız Azərbaycan Ordusuna dəstək məqsədilə mitinq keçirib.

“Report”un məlumatına görə, mitinq iştirakçıları “Qarabağ Azərbaycandır” şüarını səsləndiriblər. Mitinq iştirakçıları Azərbaycanın rəşadətli ordusuna tam dəstək ifadə ediblər.

Mitinq iştirakçıları Almaniya Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bəyanatını ədalətsiz hesab etdiklərini vurğulayıblar. Onlar rəsmi Berlini Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarının çıxarılması üçün Ermənistana təzyiq etməyə çağırıb.