Habitat for Humanity eksperti müzakirələrdən konkret layihələrə keçid etməyə çağırıb
- 21 may, 2026
- 14:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhər təşəbbüslərinin praktiki həyata keçirilməsi və onların maliyyələşdirilməsi nəzəri müzakirələr və ümumi inkişaf konsepsiyalarından fərqli olaraq ön plana çıxmalıdır.
"Report" xəbər verir ki, bunu "Habitat for Humanity International" təşkilatının proqram tərəfdaşlıqları üzrə baş direktoru Ceyms Şell WUF13 çərçivəsində keçirilən panel sessiyasında çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, cari müzakirələr çox vaxt ümumi inklüzivlik məsələləri, tikinti materialları və icmaların iştirakı üzərində cəmlənir, lakin real layihələrin maliyyələşdirilməsi həll olunmamış əsas problem olaraq qalır.
O qeyd edib ki, gələcək müzakirələr nəzəri yanaşmalara deyil, həyata keçirilmiş layihələrlə bağlı konkret nümunələrə, o cümlədən onların maliyyələşdirmə mexanizmlərinə və icmaların iştirakına yönəldilməlidir.