Gürcüstanın baş naziri I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək

Xarici siyasət
  • 11 iyun, 2015
  • 09:08
Gürcüstanın baş naziri I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək

Bakı. 11 iyun. REPORT.AZ/ Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyunun 12-da Bakıda keçiriləcək I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək. Bu barədə "Report" Gürcüstan hökuməti başçısının mətbuat xidmətinə istinadən xəbər verir. 

İrakli Qaribaşvilinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirəcəyi gözlənilir. Bundan başqa, baş nazir Atletlər kəndində olmaq və gürcü idmançılarla görüşmək niyyətindədir.

44 - Tezliklə