Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında yarımfinal matçına çıxacaq

Futbol
  • 16 oktyabr, 2026
  • 09:31
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında yarımfinal matçına çıxacaq

Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında bu gün yarımfinal matçına çıxacaq.

"Report"un məlumatına görə, İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:45-də start götürəcək.

Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komanda Rumıniya ilə heç-heçə (3:3) edib.