Gülşən Rzayeva: Gələn il WUF13-ə görə Azərbaycana 25 mindən çox iştirakçının qatılacağı gözlənilir
- 03 dekabr, 2025
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Gələn il Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı ölkəyə 25 mindən çox iştirakçının qatılacağı gözlənilir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında deyib.
Onun sözlərinə görə, tədbirdə həm yerli, həm də xarici qonaqların iştirakı nəzərdə tutulur:
"Ümumilikdə regional təmsilçilik çox rəngarəngdir. Biz ümid edirik ki, bu dəfə də region ölkələri forumda aktiv iştirak edəcəklər".
Xatırladaq ki, forum 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək.