​GUAM PA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Xarici siyasət
  • 08 sentyabr, 2015
  • 11:26
​GUAM PA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ GUAM Parlament Assambleyası Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Nümayəndə heyətinə isə GUAM PA-nın prezidenti Anatoli Matviyenko rəhbərlik edəcək. Bu barədə "Report"a GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.

"Üzv ölkələrin parlament seçkilərində GUAM Parlament Assambleyasının (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) müşahidəçilər qrupunun iştirakı ilə bağlı müəyyən təcrübəmiz var. Hesab edirəm ki, Azərbaycanda baş tutacaq parlament seçkiləri də istisna olmayacaq", - V.Çeçelaşvili bildirib.

O qeyd edib ki, GUAM digər üç iştirakçı ölklərdən iki-üç deputat daxil etməklə nümayəndə heyətini formalaşdırmaq niyyətindədir.

"Qrupun rəhbəri GUAM PA-nın prezidenti Anatoli Matviyenko olacaq. Mən qrupun tərkibində olacam, onlara kömək edəcəm, qrupun gördüyü işləri Azərbaycan Xarici İşlər Nazirliyi ilə koordinasiya edəcəm", - GUAM-ın baş katibi bildirib.

44 - Tezliklə