Gələn ay Azərbaycan-Küveyt hökumətlərarası birgə komissiyanın üçüncü iclası keçiriləcək
Xarici siyasət
- 26 mart, 2025
- 16:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprel ayında Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın üçüncü iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov məlumat verib.
Onun sözlərinə görə, aprelin 29-da baş tutacaq sessiyada Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov başçılıq edəcək.
"İkitərəfli münasibətlərimizdə nəzərəçarpacaq inkişaf var. Bu ilin əvvəlində iki ölkə arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib", - deyə diplomat əlavə edib.
Qeyd edək ki, Azərbaycan və Küveyt arasında hökumətlərarası komissiyanın ikinci iclası 2013-cü ilin fevralında Bakıda keçirilib.
Son xəbərlər
06:36
Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib
Digər ölkələr
06:12
"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
Digər ölkələr
05:57
Polşa Prezidentinin mətbuat katibi onun toxunulmazlığının pozulduğunu bildirib
Digər ölkələr
05:17
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb
Region
04:50
SEPAH daha bir ABŞ MQM-170 dronunu ələ keçirdiyini bildirib
Region
04:23
Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
Region
03:39
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
Region
03:03
Foto
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət siyasəti
02:51
Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq
Region