Fevralın 26-sı ABŞ-ın Minnesota ştatında Azərbaycan Günü elan edildi
Xarici siyasət
- 12 fevral, 2021
- 19:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-sının Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub.
Bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdədirlər.
Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.
Son xəbərlər
06:23
Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək
Digər ölkələr
06:02
Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb
Digər ölkələr
05:51
Britaniya Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcək
Digər ölkələr
05:12
ABŞ "Bank of America"nı cərimələyib
Digər ölkələr
04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır
Digər ölkələr
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Region
02:57
Türkiyə Aİ-dən onu "Made in EU" sənaye strategiyasına daxil etməyə çağırıb
Digər ölkələr