Fərid Şəfiyev: Azərbaycan, Gürcüstan və Qazaxıstan son 5 ildə investisiya əməkdaşlığını fəallaşdırıb

Xarici siyasət
  • 01 oktyabr, 2026
  • 12:58
Fərid Şəfiyev: Azərbaycan, Gürcüstan və Qazaxıstan son 5 ildə investisiya əməkdaşlığını fəallaşdırıb

Azərbaycan, Gürcüstan və Qazaxıstan son beş ildə, xüsusilə də 2022-ci ildən sonra investisiya əməkdaşlığını fəallaşdırıb.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən "CAMCA 2026" Regional Forumu çərçivəsindəki panel sessiyasında bildirib.

Onun sözlərinə görə, mövcud çağırışlara baxmayaraq, Orta Dəhliz son dərəcə mühüm əhəmiyyət kəsb edir.

"Strategy International (SI) Ltd."nin Direktorlar Şurasının üzvü, Gürcüstanın sabiq xarici işlər naziri və müdafiə naziri Gela Bejuaşvili ölkələrin ehtiyaclarının müəyyənləşdirilməsinin və onların potensialının qiymətləndirilməsinin, eləcə də təcrübə mübadiləsinin, o cümlədən müzakirələrdən konkret addımlara keçidin zəruriliyini qeyd edib.

Özbəkistan Ali Məclisi Senatının sədrinin birinci müavini Sodi Safoyev əməkdaşlığın möhkəmləndirilməsinin, intellektual ictimaiyyətlə qarşılıqlı əlaqələrin və elmi əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Öz növbəsində, ABŞ-nin "DGA-Albright Stonebridge Group" şirkətinin tərəfdaşı və Avropa və Avrasiya üzrə praktika rəhbəri Filip Riker əlaqəliliyin inkişafı üçün region ölkələrinin coğrafi mövqeyindən istifadə edilməsinin vacibliyini bildirib və siyasi liderliyin rolunu qeyd edib.