Fərid Cəfərov: Gənclərin mövcud çağırışları dəf etmək üçün dəstəyə ehtiyacı var
- 28 oktyabr, 2026
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Gənclər qlobal dəyişikliklər qarşısında cəmiyyətin ən həssas qruplarından biridir, buna görə də yaranan çağırışları dəf etmək üçün onları dəstək və imkanlarla təmin etmək zəruridir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, hökumətlər və akademik dairələrin nümayəndələri öz hesabat və tədqiqatlarında gənclərin dəyişikliklər qarşısında həssas olduğunu qeyd edirlər.
"Dünyanın fəlakətlər, pandemiyalar və münaqişələrlə üzləşdiyini nəzərə alaraq, gənclərə bu çağırışların öhdəsindən gəlməkdə kömək edəcək imkanlar və dəstək verilməlidir", - o qeyd edib.
F.Cəfərov həmçinin vurğulayıb ki, müasir çağırışlar gənc nəslin qarşısında yeni perspektivlər də açır: "Biz digər nəsillərin nümayəndələrində olduğu kimi, gənclərin də qarşısında yeni imkanlar açan bir dünyada yaşayırıq. Dini və ya etnik mənsubiyyətinizdən, eləcə də doğulduğunuz ölkədən asılı olmayaraq, bu gün sizin əvvəllər əlçatmaz olan imkanlar sayəsində karyerada və həyatda uğur qazanmaq şansınız var".