"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Xarici siyasət
  • 08 noyabr, 2026
  • 23:41
Euronews Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb.

"Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Qarabağda mərasimlərdə iştirakına xüsusi diqqət ayrılıb.

Qeyd olunur ki, Türkiyə liderinin bayram tədbirlərində iştirakı iki ölkə arasında müttəfiqlik münasibətlərinin gücünü nümayiş etdirir.

"Euronews" həmçinin 44 günlük Vətən müharibəsinin həlledici hadisələrindən olan 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsini xatırladır.

Reportajda Azərbaycan-Türkiyə əməkdaşlığına xüsusi diqqət yetirilir. Vurğulanır ki, Bakı ilə Ankara arasındakı münasibətlər siyasi, hərbi, iqtisadi və nəqliyyat sahələrini əhatə edir.

Telekanal 15 iyun 2021-ci ildə imzalanmış və Azərbaycan və Türkiyə arasındakı münasibətlərin müttəfiqlik xarakterini möhkəmləndirən Şuşa Bəyannaməsini xatırladır.

Materialda həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasından da bəhs olunur. Xüsusən "Böyük Qayıdış" proqramının həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin geri qayıtması, yolların, hava limanlarının və digər infrastrukturun tikintisi məsələləridən bəhs edilir.

Bundan əlavə, telekanal həmçinin regional əməkdaşlıq, nəqliyyat əlaqələrinin inkişafı və Azərbaycanla Ermənistan arasında sülh prosesi mövzularını da işıqlandırır.

44 filmi