Esvatini Kralı: Şəhərlərin inkişafına dair yeni proqramın tətbiqini dəstəkləyirik
- 18 may, 2026
- 16:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Esvatini BMT-nin Məskunlaşma Proqramını (UN-Habitat) Afrika Ölkələri İttifaqı və UNESCO tərəfindən şəhərlərin inkişafına dair yeni proqramın tətbiqi üçün dəstəkləyir.
"Report" xəbər verir ki, bunu Esvatini Kralı Əlahəzrət III Msvati Bakıda keçirilən WUF13 çərçivəsində baş tutan Liderlər Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, belə bir vəzifənin miqyası hökumət, vətəndaş cəmiyyəti və ittifaqlar səviyyəsində sıx əməkdaşlıq və innovativ tərəfdaşlıq tələb edir:
"Biz bərpa olunan enerji mənbələrinə, yaşıl infrastruktura və davamlı tikinti üsullarına investisiya yatırmalıyıq. Eyni zamanda insanlar həmişə mərkəzdə olmalıdır. Biz yeni enerji mənbələri, həmçinin bərpa olunan enerji ilə iqtisadiyyatımız üçün davamlı olan standart ənənəvi elektrik enerjisi mənbələri arasında tarazlıq tapmalıyıq".