Esvatini Kralı: Azərbaycanda baş verən çox təsirli modernizasiyaya heyran qalmışıq
- 18 may, 2026
- 16:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Esvatini Kralı Əlahəzrət III Msvati Azərbaycanda baş verən çox təsirli modernizasiyaya heyran qaldıqlarını bildirib.
"Report" xəbər verir ki, o, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan Liderlər Sammitində çıxışı zamanı deyib.
Esvatini Kralı WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə deyib ki, ölkələr bərpa olunan və "yaşıl enerji"yə investisiya qoymalıdır:
"Biz insan amilini mərkəzdə saxlamalı, ənənəvi elektrik enerjisi mənbələri arasında tarazlıq yaratmalıyıq ki, şəhərlərimiz inkişaf etsin. Biz təhlükəsiz yaşayış məskənləri salmalıyıq. Biz yalnız özümüzü deyil, həm də xələflərimizi düşünməliyik. Mən Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür edirəm, Biz Azərbaycanda baş verən çox təsirli modernizasiyaya heyran qalmışıq. Bakı həm öz zəngin mirasını qoruyub saxlayır, həm də tərəqqini qəbul edir".