ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb

Digər ölkələr
  • 31 oktyabr, 2026
  • 08:21
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktika regionlarında dəniz əməkdaşlığını və iqtisadi tərəfdaşlığı inkişaf etdirməkdir.

"Yonhap" agentliyinin məlumatına görə, memorandum gəmiçilik təhlükəsizliyi və gəmilərdə fövqəladə hallar zamanı qarşılıqlı yardım sahəsində birgə fəaliyyəti də nəzərdə tutur. Bu istiqamətlərdə Arktika Şurası ilə əməkdaşlıq planlaşdırılır.

ABŞ dövlət katibi Marko Rubio yaponiyalı və cənubi koreyalı həmkarları Takeşi İvaya və Ço Hyunla görüşündə Çinin Cənubi Çin dənizində nəzarəti ələ keçirmək cəhdlərini, eləcə də Sarı və Şərqi Çin dənizlərində güc tətbiq etməklə təzyiq göstərməsini müzakirə edib.