Ersin Tatar Bakının azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib

Xarici siyasət
  • 15 sentyabr, 2022
  • 11:09
Ersin Tatar Bakının azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib
Ersin Tatar

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 104-cü ildönümündə bu zəfərin əldə olunmasında əməyi olanları yad edir, 2 gün əvvəl Vətənin müdafiəsi zamanı şəhid olan Azərbaycan əsgərlərinə bir daha rəhmət diləyirik”, - o bildirib.

44 filmi