Ermənistanın Baş naziri Azərbaycanla danışıqlarda Qazaxıstanın mühüm rolunu vurğulayıb

Xarici siyasət
  • 21 noyabr, 2025
  • 15:12
Ermənistanın Baş naziri Azərbaycanla danışıqlarda Qazaxıstanın mühüm rolunu vurğulayıb

Ermənistan və Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

"Report" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Qazaxıstan bizim üçün çox vacibdir, çünki belə önəmli bir vaxtda Almatıda xarici işlər nazirimizlə Azərbaycanın xarici işlər naziri arasında görüşlər keçirmək imkanımız oldu. Bu, bizim üçün çox şey deməkdir", - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh konkret siyasi məna və simvolizmə malik olan Almatı bəyannaməsinə əsaslanır.

"Mən çox şadam ki, rəsmi səfərim nəticəsində Ermənistan və Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, regionda qarşılıqlı əlaqələrimizin inkişafının yeni səviyyəsi deməkdir", – Ermənistan Baş naziri bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti