Türkiyə lideri: "Azərbaycanlıların azad edilən torpaqlara geri dönüşü bizləri sevindirir"

Xarici siyasət
  • 20 oktyabr, 2022
  • 14:43
Türkiyə lideri: Azərbaycanlıların azad edilən torpaqlara geri dönüşü bizləri sevindirir

"Azərbaycanlıların azad edilən torpaqlara geri dönüşü bizləri sevindirir".

"Report"un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Böyük Qayıdış prosesi çərçivəsində azərbaycanlı qardaşlarımızın “Ağıllı kənd” konsepsiyası əsasında inşa edilən Ağalı kəndində məskunlaşması ilə Vətən həsrətinin başa çatdığını görürük: "Ağalı kəndini gördük, oraya bundan sonra kənd deyə bilmərik. Ora artıq müasir bir şəhər kimi inkişaf edir. Onun yanında “Dost Aqropark”ı gördük, orada həm kənd təsərrüfatı, həm də heyvandarlıq sahəsində həqiqətən çox mühüm addım atılıb. Bir il əvvəl təməlqoyma mərasiminə gələndə ora çox fərqli bir ərazi idi. Amma indi bu ərazinin necə dirçəldildiyini gördük. Bu istiqamətdə görülən işlər həqiqətən də Böyük Qayıdış layihəsinin həyata keçirilməsidir.

Bundan başqa, Zəngilan Hava Limanı Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir. Belə önəmli layihədə Türkiyə şirkətlərinin də rol alması bizim üçün ayrı şərəfdir". 

44 filmi