Elmar Məmmədyarov Qətərin Azərbaycandakı səfirini qəbul edib

Xarici siyasət
  • 27 iyun, 2018
  • 12:02
Elmar Məmmədyarov Qətərin Azərbaycandakı səfirini qəbul edib
mfa.gov.az

Bakı. 27 iyun. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, səfir Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb. 

44 - Tezliklə