Elçin Qasımov: Qarabağda minatəmizləmə əməliyyatlarına slovakiyalı mütəxəssislər cəlb ediləcək

Xarici siyasət
  • 11 sentyabr, 2026
  • 15:11
Elçin Qasımov: Qarabağda minatəmizləmə əməliyyatlarına slovakiyalı mütəxəssislər cəlb ediləcək

Slovakiya işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır.

Bu barədə xarici diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov "Report"un Xankəndiyə ezam olunmuş müxbirinə bildirib.

Onun sözlərinə görə, iki ölkənin Müdafiə nazirlikləri arasında müvafiq razılaşma əldə olunub.

"Qarabağda ərazilərin minalardan təmizlənməsinə yardım göstərmək üçün Müdafiə Nazirliyimizin mütəxəssislərinin göndərilməsi barədə razılıq var", - səfir bildirib.

O qeyd edib ki, layihə hər iki tərəf üçün faydalı olacaq.

"Ölkəmiz Azərbaycan tərəfinə kömək edəcək, Müdafiə Nazirliyindən olan komandamız isə eyni zamanda praktiki təcrübə qazanacaq", - E.Qasımov əlavə edib.