Tədqiqatçı: Belçikalı müstəmləkəçilər Konqoda yerli əhalini amansız işgəncələrə məruz qoyub

Xarici siyasət
  • 31 oktyabr, 2025
  • 11:09
Tədqiqatçı: Belçikalı müstəmləkəçilər Konqoda yerli əhalini amansız işgəncələrə məruz qoyub

Belçikanın müstəmləkə idarəçiliyi dövründə Konqo Demokratik Respublikasında yerli əhali amansız işgəncələrə məruz qalıb.

"Report"un məlumatına görə, bu barədə jurnalist və müstəqil tədqiqatçı Dyodonne Kvebe-Kimpele oktyabrın 31-də Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Belçika müstəmləkəçiləri, xüsusilə kauçuk yığımı ilə məşğul olan kəndlilərə qarşı dəhşətli cəza metodlarından istifadə ediblər.

"Hər kəndli müəyyən edilmiş normanı yerinə yetirməli idi. Əgər yığılmış kauçukun miqdarı tələb olunandan az olsaydı, nəzarətçilər insanları döyür, onları işgəncəyə məruz qoyur, bəzi hallarda isə hətta onların uşaqlarını şikəst edirdilər. Qorxutmaq məqsədi ilə onların uşaqlarının əllərini kəsdikləri hallar məlumdur", - müstəqil tədqiqatçı bildirib.

O vurğulayıb ki, bu cür cinayətlər Konqo xalqının tarixi yaddaşında dərin iz qoyub: "Belçikanın rəsmi üzr və günahını etirafı etməsi zərurəti ilə bağlı müzakirələr bu günə qədər davam edir".

Son xəbərlər

Bütün Xəbər Lenti