Milli Məclisin deputatı Qırğızıstanda referendumu müşahidə edəcək

Xarici siyasət
  • 08 dekabr, 2016
  • 06:31
Milli Məclisin deputatı Qırğızıstanda referendumu müşahidə edəcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Məclisin deputatı Musa Quliyev sabah Qırğızıstana gedəcək.

Bu barədə “Report”a parlamentin mətbuat xidmətindən məlumat verilib. 

M.Quliyev MDB Parlament Assambleyasının və MDB-nin İcraiyyə Komitəsinin xətti ilə Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu müşahidə edəcək.

Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək.

44 - Tezliklə