Denis Afanasyev: “Azərbaycan və Həştərxan çoxsaylı böyük layihələr həyata keçirir”

Xarici siyasət
  • 08 may, 2023
  • 09:57
Denis Afanasyev: “Azərbaycan və Həştərxan çoxsaylı böyük layihələr həyata keçirir”

“Bu gün Azərbaycan və Həştərxan müxtəlif sektorlarda çoxsaylı böyük layihələr həyata keçirir". 

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Həştərxan hökuməti sədrinin müavini Denis Afanasyev bildirib.

Onun sözlərinə görə, bu layihələr ilk növbədə ticarət, tranzit, gəmiqayırma və logistika sahələrinə aiddir.

"Bu layihələrin həyata keçirilməsi üçün bütün imkanlar və platformalar var. Həm Azərbaycanda, həm də Həştərxanda sənaye və nəqliyyat sahəsində ən az xərclə işləməyə imkan verən xüsusi iqtisadi zonalar yaradılıb", - o deyib.

D.Afanasyev “Şimal-Cənub” dəhlizinin fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb. "Bu məsələ hər zaman gündəmimizdədir. Bu baxımdan, Həştərxan vilayəti mühüm rol oynayır, çünki bu nəqliyyat dəhlizi istənilən halda Həştərxan vilayətinin ərazisindən keçir", - o əlavə edib.

Afanasyevin sözlərinə görə, Azərbaycanla Həştərxan arasında iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə də əməkdaşlıq yaxşı inkişaf edir.

"Turizm sahəsində əməkdaşlığın böyük perspektivləri var. Həştərxan vilayəti ilə Azərbaycan arasında uçuşların sayı çox güman ki artırılacaq", - o deyib.