Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
- 29 oktyabr, 2026
- 21:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Müzakirələr Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədovla çexiyalı həmkarı Lubomir Frebort arasında baş tutan görüşdə aparılıb: "Görüşdə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub".
🇦🇿🇺🇿🇨🇿 Azərbaycanın Özbəkistandakı səfiri Dr. Rəşad Məmmədov Çexiyanın səfiri Lubomír Frebort ilə görüş keçirib. Görüşdə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub. #Azərbaycan #Çexiya https://t.co/zXvp7cGizY
— AzembassyUZB (@AzEmbUzbekistan) October 29, 2026