Danimarka səfiri: Azərbaycan region üçün mühüm bir qovşağa çevrilməkdədir
- 19 iyun, 2026
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan həm avtomobil və nəqliyyat infrastrukturu, həm də enerji sahəsində region üçün mühüm bir mərkəzə çevrilməkdədir.
Bunu "Report"un Türkiyə bürosunda müsahibəsində Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ole Toft deyib.
Səfirin sözlərinə görə, bu gün Azərbaycanı müəyyən mənada regionun əsas qovşaqlarından biri adlandırmaq olar.
"Mən görürəm ki, Danimarka şirkətləri Azərbaycan və Cənubi Qafqazda baş verən inkişaf proseslərinə maraq göstərir, xüsusilə Orta Dəhlizdəki imkanlar və Azərbaycanın enerji sektorunun inkişafı baxımından – həm neft və qaz, həm də bərpa olunan enerji sahələrində. Bərpa olunan enerji sahəsində Danimarkanın böyük şirkətləri mövcuddur və onlardan bəziləri Azərbaycanda fəaliyyət göstərir", - deyə Ole Toft qeyd edib.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.