Cun Mari: BMT dekolonizasiya ilə mübarizəsini davam etdirməlidir

Xarici siyasət
  • 03 iyun, 2025
  • 12:35
Cun Mari: BMT dekolonizasiya ilə mübarizəsini davam etdirməlidir

BMT dekolonizasiya ilə bağlı artıq bir çox addımlar atıb, lakin bu prosesi davam etdirməlidir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə BMT-nin Afrika mənşəli şəxslərin Daimi Forumunun üzvü Cun Kristin Mari Sumer (June Christine Marie Soomer) “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda danışıb.

"Hazırda bu proses dalana dirənib. BMT müstəmləkəçi dövlətlərə onların dənizaşırı ərazilərinin real dekolonizasiyasını təmin etmək çağırışı ilə müraciət etməlidir", - o əlavə edib.

Onun sözlərinə görə, hazırda BMT-nin Dekolonizasiya Komitələri çərçivəsində bu ərazilərin müstəqil ölkələr olmağa hazırlığını qiymətləndirmə prosesi aparılır.

"Şəxsən mən hesab edirəm ki, bir çox ölkələr artıq müstəqilliyə hazırdır. Lakin iqtisadi və digər amillər səbəbindən onlara tam dekolonizasiya yolunu keçməyə mane olurlar. Düşünürəm ki, buna son qoymaq vaxtı çatıb", - o vurğulayıb.

C.Somer vurğulayıb ki, Bakı Təşəbbüs Qrupu bütün ərazilərin tam dekolonizasiyası yolunda ciddi addımlar atır.