Cuma: GCC ölkələri dünyanın ən çox urbanizasiyalaşmış regionları sırasındadır

Xarici siyasət
  • 20 may, 2026
  • 10:30
Cuma: GCC ölkələri dünyanın ən çox urbanizasiyalaşmış regionları sırasındadır

Müasir şəhərsalmanın əsl vəzifəsi inteqrasiya olunmuş icmaların yaradılmasından ibarətdir.

"Report" xəbər verir ki, bu barədə Şeyx Zayed Mənzil Proqramının mənzil tikintisi və inkişafı təşəbbüsləri üzrə müşaviri, mühəndis Məhəmməd Cuma (Mohamed Juma) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Asiya-Sakit okean regionunun Şəhər Gündəliyi Platformasından (AP-UAP) istifadə edərək keçirilən təlim tədbirində bildirib.

Onun sözlərinə görə, müasir şəhərsalmanın real vəzifəsi qiymət baxımından əlçatan, iqlim dəyişikliklərinə davamlı, bir-biri ilə əlaqəli, məlumatlara əsaslanan və uzunmüddətli həyat keyfiyyətini təmin edə bilən inteqrasiya olunmuş icmaların yaradılmasından ibarətdir:

"Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (GCC) ölkələri və daha geniş Yaxın Şərq və Şimali Afrika regionu miqyası və templəri əvvəllər müşahidə olunmamış sürətli urbanizasiya yaşayır. BMT-nin məlumatlarına görə, GCC ölkələri dünyanın ən çox urbanizasiya olunmuş regionları sırasına daxildir, bəzi dövlətlərdə isə şəhər əhalisinin demək olar ki, 100 faizlik artımı müşahidə olunur".

M.Cuma vurğulayıb ki, bu cür proseslər təkcə iqtisadi və demoqrafik artımı deyil, həm də inklüziv, dayanıqlı və balanslaşdırılmış şəhər inkişafının təmin edilməsində dövlət təsisatlarının artan məsuliyyətini əks etdirir:

"Bununla belə, region ölkələrinin əhəmiyyətli tərəqqisinə baxmayaraq, Yaxın Şərq və Şimali Afrikanın bir sıra dövlətlərində, xüsusən də mənzil əlçatanlığı, infrastrukturun hazırlığı, institusional potensial və iqlim dayanıqlığı sahələrində inkişaf səviyyələrində fərqlər qalmaqdadır".