COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib
- 10 noyabr, 2026
- 14:10
Yeniliklərdən dərhal xəbərdar olun!
COP31 prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum beynəlxalq iqlim prosesinə verdiyi töhfəyə və toplanmış təcrübənin ötürülməsinə görə COP29-un sədri, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevə təşəkkür edib.
"Report" xəbər verir ki, o, bunu Antalyada COP31 çərçivəsində təşkil olunmuş "Keçmiş COP sədrlərinin birgə bəyanatı" tədbirində bildirib.
M.Kurum Türkiyə və Azərbaycanın iki qardaş ölkə kimi birlikdə çalışdığını vurğulayıb. O, Azərbaycanın sədrliyi dövründə toplanmış təcrübə və biliklərin COP30 (Braziliya) və COP31 (Türkiyə) sədrliklərinə ötürülməsini xüsusi qeyd edib.
Bakı konfransının nəticələrindən bəhs edərkən COP31 prezidenti iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin qəbul edilməsini xüsusi vurğulayıb: "Biz Bakıda qəbul edilmiş maliyyə hədəfini mühüm nailiyyət kimi qiymətləndiririk.
M.Kurum həmçinin xatırladıb ki, COP29-da Paris Sazişinin 6-cı maddəsinin həyata keçirilməsinə dair qaydaların razılaşdırılması başa çatdırılıb. Onun sözlərinə görə, indi iqlim prosesi iştirakçılarının əsas məsuliyyəti qəbul edilmiş qərarları ölkələr və insanlar üçün konkret nəticələrə çevirməkdən ibarətdir.