Çinli alim: AQEM üzvləri tektonik transformasiyalara hazır olmalıdırlar

Xarici siyasət
  • 10 sentyabr, 2025
  • 11:39
Çinli alim: AQEM üzvləri tektonik transformasiyalara hazır olmalıdırlar

AQEM üzvləri tektonik transformasiyalara hazır olmalıdırlar. 

"Report" xəbər verir ki, bunu Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti Çen Dunsyao AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclasının bağlanış mərasimində çıxış edərkən deyib. 

O, bu istiqamətdə müzakirələrin aparılmasını müsbət qiymətləndirib:

"Belə zəngin müzakirələrin keçirilməsi təqdirəlayiq idi. AQEM-ə üzv dövlətlər gələcəkdə təşkilatın flaqman layihələrini mütləq davam etdirməlidirlər. Burada BMT xartiyası əsasında Asiya dəyərlərinin həyata keçirilməsi çox vacibdir.

Əminəm ki, biz bu müzakirələri təşəbbüslərimiz çərçivəsində davam etdirə biləcəyik. Bizim beyin mərkəzlərinin üzvləri daha da innovativ olmalıdırlar. Hamımız uzunmüddətli perspektivi nəzərə alaraq tektonik transformasiyalara hazır olmalıyıq".