Ceyhun Bayramov serbiyalı həmkarını Ermənistanla sülh və normallaşma prosesi barədə məlumatlandırıb
- 23 dekabr, 2024
- 09:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiçlə geniş tərkibdə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Qeyd edilib ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, humanitar və digər aspektlərini müzakirə ediblər.
Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
C. Bayramov həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi, sülh gündəmi qarşısında duran problemlər barədə də məlumat verib.
On the sidelines of his working visit to #Serbia, Foreign Minister @Bayramov_Jeyhun of the Republic of #Azerbaijan and Foreign Minister @MarkoDjuric of the Republic of #Serbia had a meeting in an expanded format @MFASerbia to discuss political, security, economic, energy,… pic.twitter.com/jigVhhiwHV
— MFA Azerbaijan (@AzerbaijanMFA) December 23, 2024