"Borussiya"nın baş məşqçisi Niko Kovaç: "Sabah"ı yaxşı təhlil etmişik"

Futbol
  • 19 oktyabr, 2026
  • 19:22
Borussiyanın baş məşqçisi Niko Kovaç: Sabahı yaxşı təhlil etmişik

Almaniyanın "Borussiya" (Dortmund) klubu "Sabah" komandasını təhlil edib.

"Report" xəbər verir ki, bunu "Borussiya"nın baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Bu, mənim artıq Bakıya ikinci gəlişimdir. Azərbaycan çox gözəl ölkədir. "Sabah"ı artıq təhlil etmişik. Rəqib komanda ilə bağlı lazımi məlumatlar bizdə var. Sabahkı görüşdə qələbə qazanmaq istəyirik".

O, sabahkı qarşılaşmada qələbə qazanmaq istədiklərini söyləyib:

"Bizi sabah çətin qarşılaşma gözləyir. Mübariz futbol sərgiləyəcəyik. Mütləq bu görüşdə qələbə qazanmalıyıq. Heyətdə zədəli futbolçular olsa da, matça ciddi hazırlaşmışıq".

N. Kovaç öz komandasını "Sabah"la görüşün aşkar favoriti kimi gördüyünü vurğulayıb:

"Sabah"a hörmətlə yanaşırıq. Amma düşünürəm ki, biz açıq-aşkar favorit sayılırıq. Mənim fikrim belədir. Əgər başqa cür danışsaydım, bu doğru olmazdı. Lakin futbolda bunun özü çox da böyük əhəmiyyət daşımır. Əminəm ki, sabahkı oyunda qələbə qazanmaq üçün kifayət qədər keyfiyyətə sahibik. Sabah meydanda hər şeyi görəcəyik və ümid edirəm ki, sonda qələbəni əldə edə biləcəyik".

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

44 - Tezliklə