CAR-ın xarici işlər naziri Azərbaycana gələcək

Xarici siyasət
  • 25 noyabr, 2016
  • 12:49
CAR-ın xarici işlər naziri Azərbaycana gələcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Cənubi Afrika Respublikanın (CAR) beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane Azərbaycana rəsmi səfər edəcək.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Maite Nkoana-Maşabanenin azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

CAR XİN rəhbəri həmçinin Azərbaycanın digər rəsmi şəxsləri ilə də görüşəcək.