ABŞ-də futbol matçı zamanı avtomobilin izdihama çırpılması nəticəsində iki nəfər ölüb - yenilənib
- 18 oktyabr, 2026
- 10:19
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Kanzas ştatının Uiçito şəhərində futbol matçı zamanı avtomobilin azarkeş kütləsinə sürülməsi nəticəsində iki nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" (AP) yerli polisə istinadən məlumat yayıb.
"Bir uşaq və bir yetkin şəxs həlak olub; onların yaşı dəqiqləşdirilməyib", - AP-nin məlumatında bildirilib.
Polisin məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və xəstəxanalara çatdırılıb. Avtomobilin sürücüsü saxlanılıb. Hüquq-mühafizə orqanları hələlik onun barəsində təfərrüatları açıqlamır və hadisənin qəsdən törədilib-törədilmədiyini bildirmir. Maşında yetkinlik yaşına çatmayan iki şəxs də olub.
Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları gəlib.
ABŞ-nin Kanzas ştatının Viçita şəhərində futbol matçı zamanı avtomobil izdihama çırpılıb. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, hadisə "Striker" stadionunda baş verib və yaralıların hamısı xəstəxanaya çatdırılıb.
Onlara həyati təhlükə yaratmayan yüngül xəsarətlər diaqnozu qoyulub. Hadisənin başvermə şəraiti hələlik açıqlanmayıb.