BTQ-nin rəhbəri BMT-də Fransanın müstəmləkəçilik altındakı ərazilərdə yaşayan uşaqlara qarşı zorakılıqdan danışıb
- 15 mart, 2025
- 15:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında növbəti çıxışlarını edib.
"Report" xəbər verir ki, BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edən A.Abbasov Fransanın müstəmləkəçilik altındakı ərazilərində, xüsusilə də Reyunyon, Kanaki, Qvadelupa, Martinik, Fransız Polineziyası, Korsika, Mayot və Fransız Qvianasında yaşayan uşaqlara qarşı zorakılıq və hüquq pozuntularına diqqət çəkib.
BTQ-nin rəhbəri BMT-nin Uşaq Fondunun 2020-ci və 2023-cü illərdə mövzu ilə bağlı yaydığı hesabatlarında öz əksini tapmış statistik məlumatları tədbir iştirakçılarına təqdim edib.
Bu xüsusda, o, BMT-nin Uşaq Hüquqlarının qorunmasına dair Konvensiyasını və Palermo Protokolunun icra edilməsinin əhəmiyyətini vurğulayıb.
Abbas Abbasov, Executive Director of the Baku Initiative Group, made his next remarks at the 58th session of the UN Human Rights Council.#Report #ReportAz #ReportNewsAz #Azerbaijan #BakuInitiativeGroup #UN #UNHumanRightsCouncil pic.twitter.com/bvMeXOqHgq
— Report News Agency (@reportaznews) March 15, 2025