Britaniya səfirliyi ANAMA ilə əməkdaşlığı yüksək qiymətləndirib
- 18 iyul, 2025
- 15:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ilə səmərəli əməkdaşlığın nəticələrindən məmnunluğunu ifadə edib.
"Report" xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"ANAMA-nı yaranmasının 27-ci ildönümü münasibətilə təbrik edirik! Birləşmiş Krallıq Azərbaycanın minatəmizləmə sahəsində aparıcı tərəfdaşlarından biridir. Biz ANAMA ilə əməkdaşlıqdan və bu sahədə birgə nailiyyətlərdən qürur duyuruq", - paylaşımda bildirilib.
Təbrik edirik!
— UK in Azerbaijan (@ukinazerbaijan) July 18, 2025
Birləşmiş Krallıq, Azərbaycanın minalardan təmizlənməsi sahəsində aparıcı tərəfdaşlarından biri olaraq @ANAMA_gov_az ilə əməkdaşlıqdan və bu sahədə birgə nailiyyətlərdən qürur duyur https://t.co/eWBzFxEuWY