Briqam MakKaun: Azərbaycan Avrasiyanın enerji və nəqliyyat axınları mərkəzinə çevrilir

Xarici siyasət
  • 18 noyabr, 2025
  • 15:27
Briqam MakKaun: Azərbaycan Avrasiyanın enerji və nəqliyyat axınları mərkəzinə çevrilir

Azərbaycan Avrasiyanın enerji və nəqliyyat axınlarının yenidən qurulmasının mərkəzində yerləşir.

"Report"un məlumatına görə, bunu "Alyeska Pipeline Service Company"nin keçmiş prezidenti, ABŞ-nin enerji təhlükəsizliyi üzrə təşəbbüsünün baş elmi işçisi və direktoru Briqam MakKaun Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda bildirib.

"Azərbaycan bir neçə əsas tarixi prosesin kəsişməsində dayanır. Buraya Avrasiya enerji axınlarının yenidən qurulması, alternativ Şərq-Qərb marşrutlarının formalaşması, rəqəmsal, fiziki və enerji infrastrukturunun qlobal inteqrasiyası və s. daxildir", - o qeyd edib.

O qeyd edib ki, dünyada eyni vaxtda enerji resurslarının istehsalçısı, tranzit dövlət və regionlar arasında əsas əlaqələndirici həlqə olan çox az ölkə var: "Bakıda qəbul edilən qərarlar Avropanın enerji diversifikasiyası proseslərində, Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışının genişlənməsində, Türkiyənin logistik rolunun güclənməsində və Xəzər-Qara dəniz regionunun əlaqələndirici həlqəsinin inkişafında əks olunur. Bu, nəzəriyyə deyil, bu, əməliyyat reallığıdır".

Nəqliyyat əlaqələrinə toxunan ekspert vurğulayıb ki, Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycandan keçən Orta Dəhliz artıq konsepsiyadan reallığa çevrilib: "Azərbaycan bu yenidənqurmanın mərkəzindədir - Xəzər dəniz donanması, Bakı-Tbilisi-Qars dəmir yolu şaxələndirilmiş Avrasiya logistika şəbəkəsinin əsas elementləridir".

Son xəbərlər

Bütün Xəbər Lenti