Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb

Digər ölkələr
  • 02 noyabr, 2026
  • 07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb

Fars körfəzi ilə hərəkət edən tanker Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında hücuma məruz qalıb.

"Report" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə (UKMTO) istinadən xəbər verir ki, insident bazar ertəsi səhər saatlarında baş verib.

Məlumata görə, Səudiyyə Ərəbistanının sahil şəhəri Ras əl-Xəfci-dən təxminən 72 dəniz mili şərqdə iki naməlum sursat tankerin sol bortuna dəyib.

"Bütün ekipaj üzvləri təhlükəsizdir. Hazırda ətraf mühitə ziyan dəyməsi ilə bağlı məlumat daxil olmayıb", – deyə idarədən bildirilib.

44 filmi