​Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Bako Saakyanın Londona səfərini şərh edib

Xarici siyasət
  • 01 iyul, 2015
  • 10:33
​Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Bako Saakyanın Londona səfərini şərh edib

Bakı. 1 iyul. REPORT.AZ/ Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın "Chatham House" qeyri-hökumət təşkilatının dəvəti ilə Londona səfəri ilə bağlı məlumatlara münasibət bildirib.

"Report"un səfirliyin yaydığı informasiyaya istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir ki, "Birləşmiş Krallıq qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımır".

Bəyanatda həmçinin qeyd olunur ki, Bako Saakyan Böyük Britaniyaya şəxsi dəvətlə səfər edib və hökumətin bu səfərin reallaşmasında və heç bir rolu yoxdur: "Chatham House" müstəqil təşkilatdır və öz tədbirlərinə kimin dəvət edəcəyini özü müəyyənləşdirir. QHT-lərin azad fəaliyyəti prinsiplərinə hörmətlə yanaşaraq, Böyük Britaniya hökuməti bu qərarların qəbul olunmasına heç bir təsir göstərmir".

44 filmi