Qırğızıstanda malların qiymətlərinin monitorinqi sistemi modernləşdirilir

Biznes
  • 29 oktyabr, 2026
  • 10:10
Qırğızıstanda malların qiymətlərinin monitorinqi sistemi modernləşdirilir

Qırğızıstan antiinhisar tənzimlənməsi sisteminin rəqəmsallaşdırılması üzrə fəal işlər aparır.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstanın iqtisadiyyat və kommersiya nazirinin müavini Benazir Nurlanova MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında bildirib.

Onun sözlərinə görə, xüsusən də qiymətlərin monitorinqi üzrə avtomatlaşdırılmış informasiya sisteminin modernləşdirilməsi aparılır: "İnformasiya sisteminin yenilənməsi qurumun analitik imkanlarının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə və qiymət məlumatlarının işlənməsinin səmərəliliyinin artırılmasına yönəlib".

B.Nurlanova qeyd edib ki, tətbiq edilən tədbirlər respublikanın bütün regionlarında sosial əhəmiyyətli malların pərakəndə qiymətlərini operativ rejimdə izləməyə, onların dinamikasını təhlil etməyə və əmtəə bazarlarının konyunkturasındakı dəyişikliklərə vaxtında reaksiya verməyə imkan verir.

44 filmi