Bosniya rəsmisi: Azərbaycanla sıx əməkdaşlıq hədəfimizdir

Xarici siyasət
  • 12 noyabr, 2025
  • 11:21
Bosniya rəsmisi: Azərbaycanla sıx əməkdaşlıq hədəfimizdir

Azərbaycan bizim mümkün qədər sıx və məhsuldar əməkdaşlığa can atdığımız dost ölkədir.

"Report"un məlumatına görə, bu barədə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşün yekunlarına dair öz sosial şəbəkə səhifəsində yazıb.

"Azərbaycan əlaqələrimizi mümkün qədər yaxşı inkişaf etdirmək istədiyimiz dost ölkədir. Müdafiə naziri Zakir Həsənovla görüş keçirdim və biz bir sıra mövzuları, o cümlədən əməkdaşlığın daha da gücləndirilməsini müzakirə etdik. Bu fürsətdən istifadə edərək, mənim səmimi salamlarımı Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş etdim", - J.Tsviyanoviç qeyd edib.

Xatırladaq ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov hazırda Bosniya və Herseqovinada səfərdədir.

Son xəbərlər

Bütün Xəbər Lenti