"PAŞA Sığorta" digər hüquqi şəxslərin nizamnamə kapitalına pul qoya bilər

Maliyyə
  • 29 sentyabr, 2026
  • 11:08
PAŞA Sığorta digər hüquqi şəxslərin nizamnamə kapitalına pul qoya bilər

"PAŞA Sığorta" ASC digər hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoymağı planlaşdırır.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, bu məsələ oktyabrın 26-da "PAŞA Sığorta" ASC-nin yeganə səhmdarı olan "PAŞA Holdinq" MMC-nin nümayəndəsi ilə müzakirə ediləcək

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır.