Bolqarıstanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 13 dekabr, 2018
  • 13:37
Bolqarıstanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kralyova Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Bolqarıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Nazir müavini dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edəcək.

Qeyd edək ki, gələn ilin yanvar ayından etibarən Təşkilata sədrlik Bolqarıstana keçəcək.