BMT Azərbaycana yeni rezident əlaqələndirici təyin edib
Xarici siyasət
- 26 may, 2021
- 11:03
BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin edilib.
“Report”un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bu vəzifəyə şimali makedoniyalı Vladanka Andreyeva gətirilib.
O, ixtisasca həkimdir. V.Andreyeva 2017-ci ildən Kambocada Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə Proqramının (UNAIDS) ölkə direktoru vəzifəsində çalışıb. Həmçinin UNDP (BMT İnkişaf Proqramı) və BMT-nin başqa qurumlarında işləyib.
Diplomat ingilis, serb, rus dillərini bilir.
Qeyd edək ki, hazırda BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsaqzaidir. O, 2016-cı ilin aprelindən bu vəzifədə işləyir. Onun səlahiyət müddəti bu ilin iyununda başa çatır.
Son xəbərlər
18:27
"Barselona" Luis Suaresə görə "Sportinq"ə 80 milyon avro ödəmək niyyətində deyil
Futbol18:00
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 80-ə çatıb
Digər ölkələr17:51
"Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurub
Komanda17:49
Foto
Qarabağ və Rumıniyanın Maramureş regionu arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub
Xarici siyasət17:36
Aytac Şərifova və Sevinc Cəfərzadə Türkiyə klubu ilə müqavilə müddətini uzadıblar
Futbol17:23
İran ABŞ-nin Yaxın Şərqdəki bazalarının fəaliyyətini bərpa etməsinə icazə verməyəcək
Region17:09
"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarılıb
Futbol17:06
Şirvan kanalında kişi meyiti tapılıb
Hadisə17:01