BMT İnkişaf Proqramının Bakıdakı rezident nümayəndəsinə müavin təyin olunub

Xarici siyasət
  • 30 avqust, 2016
  • 12:51
BMT İnkişaf Proqramının Bakıdakı rezident nümayəndəsinə müavin təyin olunub

Bakı. 30 avqust. REPORT.AZ/ BMT İnkişaf Proqramının (İP) Bakıdakı rezident nümayəndəsinə müavin təyin olunub.

"Report" xəbər verir ki, bu vəzifəyə italyan Alessandro Frakassetti təyin edilib.

A.Frakassetti 12 il ərzində BMT İP-də rəhbər vəzifələrdə çalışıb. O, 2011-ci ildən 2016-cı ilin iyul ayına kimi Skopyedə (Makedoniya) və 2006-cı ildən 2011-ci ilə kimi Zaqrebdə (Xorvatiya) rezident nümayəndənin müavini kimi, o cümlədən 2004-cü ildən 2006-cı ilədək Minskdə (Belarus) rezident nümayəndənin köməkçisi kimi xidmət göstərib.

Həmçinin A.Frakasetti daha əvvəl İtaliya Xarici İşlər Nazirliyində çalışıb. Yeni rezident nümayəndənin müavini ingilis, fransız, serb-xorvat-bosniya və italyan dili də daxil olmaqla dörd dildə sərbəst danışır, rus dilində isə ilkin biliklərə malikdir.

Qeyd edək ki, BMT İnkişaf Proqramının Bakıda rezident nümayəndəsi Qulam İsakzaidir.