BMT Günü ilə əlaqədar Qarabağ Universitetində tədbir keçiriləcək

Xarici siyasət
  • 02 sentyabr, 2026
  • 14:32
BMT Günü ilə əlaqədar Qarabağ Universitetində tədbir keçiriləcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə əlaqədar Qarabağ Universitetində geniş tədbirin keçirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

O həmçinin tezliklə Qarabağa səfər edəcəyini bildirib.

D.Şlapaçenko Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirib. Bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan irimiqyaslı işlərin vacibliyinə toxunub.

44 - Tezliklə