BMT Baş Assambleyasının sədri Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb

Xarici siyasət
  • 15 iyun, 2022
  • 03:29
BMT Baş Assambleyasının sədri Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb.

“Report”un xəbərinə görə, Abdulla Şahid bu barədə tviter hesabında yazıb.

“Olduqca məhsuldar səfərdən sonra Bakıdan ayrılırıq”, - A.Şahid qeyd edib.

Baş Assambleyasının 76-cı sessiyasının sədri lütfkar dəvətə və səxavətli qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, eləcə də xarici işlər naziri Ceyhun Bayramova və XİN rəhbərinin müavini Elnur Məmmədova, habelə beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkür edib.