BMT rəsmisi Azərbaycanda erkən nikahların qarşısının alınması sahəsində görülən işlərdən danışıb
- 19 oktyabr, 2023
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycanda qadın hüquqlarının qorunması, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahların qarşısının alınması ilə bağlı QHT-lərlə sıx əməkdaşlıq edirik. Qadınların ictimai həyatda fəal iştirakının təmin olunmasi vacibdir".
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışan V.Andreyeva Azərbaycanda bu istiqamətdə müvafiq işlər görüldüyünü diqqətə çatdırıb: "Azərbaycan Qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır. Düşünürəm ki, bu toplantı əməkdaşlığa töhfə verəcək".
Azərbaycan qadınlarının qərar qəbul etmə prosesində fəallığının artırılmasının önəmini qeyd edən BMT rəsmisi onların öz hüquqlarının qorunmasında qətiyyətli olduqlarını diqqətə çatdırıb: "Gənc qızların təhsili və məşğulluğunun artırılması vacib məsələlərdəndir".