Beynəlxalq ekspert Ukraynada boş binaların sosial mənzillərə çevrilməsini təklif edib

Xarici siyasət
  • 21 may, 2026
  • 17:33
Beynəlxalq ekspert Ukraynada boş binaların sosial mənzillərə çevrilməsini təklif edib

Ukraynada sosial mənzillərin genişləndirilməsi üçün boş binaların sistemli inventarizasiyası aparılmalı və onların yenidən qurulması modelləri inkişaf etdirilməlidir.

"Report" xəbər verir ki, bu barədə "Housing Initiative for Eastern Europe" təşkilatının İdarə Heyətinin üzvü Knut Höller WUF13 çərçivəsindəki tədbirdə bildirib.

Onun sözlərinə görə, bir çox Ukrayna şəhərləri boş qalmış uşaq müəssisələri və digər infrastruktur obyektləri də daxil olmaqla, bu cür layihələr üçün artıq əhəmiyyətli potensiala malikdir.

"Nəticələrdən biri digər boş məkanlar üçün keyfiyyətli layihə sənədlərinin zəruriliyidir", - o bildirib.

O vurğulayıb ki, bu cür təşəbbüslərin uğurla həyata keçirilməsi koordinasiyanı, sakinlərin şəffaf seçim prosedurlarını və yerli icmaların cəlb olunmasını tələb edir.

44 - Tezliklə