Belarusun Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Xarici siyasət
  • 05 sentyabr, 2016
  • 07:22
Belarusun Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-də Belarusda keçiriləcək parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.

"Report" xəbər verir ki, məntəqə sentyabrın 11-i saat 8:00-dan 20:00-dək açıq olacaq. 

Həmin məntəqədə Azərbaycanda daimi yaşayan və həmçinin burada müvəqqəti olan bütün Belarus vətəndaşları səs verə biləcək.