Batumidə 8 Noyabr - Zəfər Günü qeyd olunacaq
- 01 noyabr, 2025
- 17:46

Gürcüstanın Acarıstan Muxtar Respublikasında yaşayan azərbaycanlılar 8 Noyabr – Zəfər Gününü təntənəli şəkildə qeyd edəcək. Bu münasibətilə Batumidə silsilə tədbirlər təşkil olunacaq.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov məlumat verib.
Onun sözlərinə görə, baş konsulluq Acarıstan hökumətinin üzvləri, Batumidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, SOCAR və Kulevi Terminalının rəhbər və əməkdaşları, diaspor nümayəndələri və tələbələrin qatılacağı Zəfər Günü mərasimi ilə bağlı geniş tədbirlər planı hazırlayıb:
"Noyabrın ilk günlərindən etibarən soydaşlarımızın və Batumidə yaşayan Azərbaycan vətəndaşlarının iştirakı ilə müxtəlif mərasimlər keçiriləcək. Baş konsulluğun nəzdində fəaliyyət göstərən "Bazar günü" məktəbinin şagirdləri də bayram proqramına böyük həvəslə hazırlaşırlar. Məqsəd Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi qələbənin əhəmiyyətini gənc nəslə, Batumidəki ictimaiyyətə və beynəlxalq təşkilatların nümayəndələrinə çatdırmaqdır. Bu qələbə həm siyasi, həm də mənəvi baxımdan dünya ictimaiyyəti üçün böyük mesaj daşıyır".